Avropa Şurasının prezidenti Şarl Mişel bazar günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
"Ermənistan və Azərbaycan liderləri gələn həftəsonu Brüsseldə görüşəcəklər", - deyə KİV qeyd edib.
FT-nin məlumatına görə, danışıqlarda Azərbaycanın Laçına gedən yolda sərhəd-keçid məntəqəsinin yaradılması məsələsi, həmçinin sərhədlərin demarkasiyası, əsirlərin mübadiləsi və digər mövzular müzakirə olunacaq.
Gülayə Mecid