Qardaş Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti mayın 8-də Manisada AK Parti Manisa millət vəkili, MKYK üzvü Murat Baybatur ilə görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərindən, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, dostluq əlaqələrindən söz açılıb.
Türkiyə-Azərbaycan əlaqələrinin tarixin ən yüksək zirvəsində olduğu və bu əlaqələrin dünya üçün bir nümunə olduğu vurğulanan görüşdə qardaşlığımızın sarsılmaz və əbədi olduğu bir daha diqqətə çatdırılıb.