Ümummilli lider Heydər Əliyevin sevdiyi mahnılar Parisdə səsləndirilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Twitter"də paylaşım edib.
"Ümummilli lider Heydər Əliyevin sevdiyi mahnılar, dünyaca məşhur musiqiçilərimizin ifasında Parisdə Mədəniyyət Mərkəzində səsləndi. Ruhun şad olsun, Ulu Öndər!", - səfir yazıb.
Ümummilli lider Heydər Əliyevin sevdiyi mahnılar, dünyaca məşhur musiqiçilərimizin ifasında Parisdə Mədəniyyət Mərkəzində səsləndi.
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) May 8, 2023
Ruhun şad olsun, Ulu Öndər 🇦🇿!#HeydərƏliyev100 pic.twitter.com/2u6G1MNoLb