Paris Saint-Germain (PSJ) klubunun hücumçusu Lionel Messi cəzalandırıldıqdan sonra ilk dəfə məşqlərə qayıdıb.
"Unikal" xəbər verir ki, bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı argentinalı Fransa çempionatının 33-cü turu çərçivəsində səfərdə "Loryen"ə uduzduqdan (1:3) sonra Səudiyyə Ərəbistanına yollanıb. Onun gedişinə parislilərin rəhbərliyi icazə verməyib, beləliklə o, məşqi buraxmalı oldu.
Daha sonra hücumçu iki həftəlik oyunlardan və məşqlərdən kənarlaşdırılıb. Mayın 5-də Messi klubla razılaşdırılmayan səfərə görə komandadan üzr istəyib.
Ağarza Elçinoğlu