Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.
“Unikal" xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Lider “Qalatasaray” doğma meydanda “Başakşehir”ə 1:0, “Trabzonspor” “Ankaragücü”yə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 73 xalla (31 oyun) “Qalatasaray” başçılıq edir. “Beşiktaş” 68 xalla (32 oyun) 2-ci, “Fənərbaxça” 68 xalla (31 oyun) 3-cüdür.