"Başakşehir"lə oyunda "Qalatasaray"ın qələbə qolunu vuran Mauro İkardi matçdan sonra paylaşımı ilə diqqət çəkib. 

"Unikal" xəbər verir ki, argentinalı hücumçu bu sözləri yazıb:  "90 milyon insanın "Qalatasaray"ın qazandığını görəndən sonra yatmaq çox möhtəşəmdir".

Qeyd edək ki, "sarı-qırmızılar" 1:0 hesabı ilə rəqibə qalib gəlib.