Nazirlər Qənimət Zahidə qarşı iddialarını geri götürdülər
15:00 18-03-2013
İQTİSADİYYAT
Yasamal Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında qaldırdıqları iddia əsasında ayrı-ayrılıqda məhkəmə prosesləri keçirilib.
APA-nın məlumatına görə, hər iki prosesdə nazirlərin hüquqi nümayəndəsi Əlirza Həbilov çıxış edərək “Azadlıq” qəzetində yazılan təkzib yazını nəzərə aldıqlarını və xüsusi ittiham qaydasında qaldırdıqları iddiadan geri çəkildiklərini bildirib.
Hər iki proseslə bağlı bu günün ikinci yarısında məhkəmə qərarını elan edəcək.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında ayrı-ayrılıqda iddia qaldırıblar. Buna səbəb Azadlıq" qəzetində dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" başlıqlı məqalə olub.
Onu da qeyd edək ki, martın 12-də “Azadlıq” qəzeti daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan üzr istəyib. “Təkzib” rubrikası altında gedən üzrxahlıqda deyilir ki, qəzetin 1 mart sayında dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb: “Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adı çəkilən məmurlardan üzrxahlıq edirik”.
Digər Xəbərlər
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39