"Barselona" Serxio Busqetslə yolları ayırdığını elan edib.

"Unikal" xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat yayılıb. O, bu mövsüm bitdikdən sonra klubu tərk edəcək.

34 yaşlı yarımmüdafiəçi 2008-ci ildən indiyə qədər "Barselona"nın əsas komandasında çıxış edirdi. 2006-2008-ci ilə qədər dövrdə isə Buskets bu klubun aşağı yaş qruplarında oynayıb.