Çexiya iki dəst “Kub” hava hücumundan müdafiə sistemini və onlara uyğun raketləri Ukraynaya təhvil verəcək.
"Unikal" Unian-a istinadən xəbər verir ki, bu barədə prezident Petr Pavel mayın 10-da radionun efirində bildirib. Onun sözlərinə görə, Çexiya L-159 qırıcılarının Ukraynaya ötürülməsi imkanlarını da nəzərdən keçirmək məqsədəuyğundur.
Pavel xatırladıb ki, Çexiya artıq Ukraynaya yüzə yaxın tank və eyni sayda zirehli transportyor verib. Lakin Ukrayna Silahlı Qüvvələri hələ də müharibənin həlledici mərhələsinə hazırlaşmaq üçün Hərbi Hava Qüvvələrinin potensialını gücləndirməlidir.
O xatırladıb ki, Qərb ölkələri indiyədək müasir qırıcılar verməkdən çəkiniblər, çünki onların istifadəsinə hazırlıq nisbətən uzun çəkir, həm də m