Zaporojye və Xerson vilayətlərinin müvəqqəti ələ keçirilən ərazilərində rus hərbçiləri tərəfindən talan və oğurluq hallarının sayı xeyli artıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar məlumat verib.
Onun sözlərinə görə, mayın əvvəlindən, xüsusən də işğalçıların bayram və istirahət günləri kimi elan etdiyi günlərdə, Zaporojye və Xerson vilayətlərində müvəqqəti işğal olunmuş ərazilərdə rus hərbçiləri tərəfindən talan və oğurluq hallarının sayı xeyli artıb. Onlar əsasən əhalinin evakuasiyasını təmin etmək zərurəti bəhanəsi ilə əmlak və nəqliyyat vasitələri oğurlayırlar.
Gülayə Mecid