Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanın su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-praktiki konfrans keçirilib.

"Unikal" xəbər verir ki, konfransda çıxış edən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin  müşaviri Əsəd Şirinov bilidirib ki, böyük dövlət xadimi Heydər Əliyev su təsərrüfatı sektorunun inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.

Əsəd Şirinov əlavə edib ki, respublikamızda su ehtiyatlarının səmərəli idarə olunması, meliorasiya və irriqasiya sahəsində əsaslı işlər ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib.
Konfrans “Su ehtiyatları və onun idarə olunması”, “Su təchizatı, tullantı suları və yağış suları sistemlərinin idarə olunması”, “Ekoloji təhlükəsizlik və iqlim dəyişmələri” mövzularında keçirilən panel iclaslarla öz işini davam etdirib.