Moskvada mayın 12-də gecə saatlarında MiQ təyyarələri üçün mühərriklərin istehsal olunduğu zavodda yanğın baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər xəsarət alıb.
Bildirilib ki, əvvəllər maşınqayırma zavodu kimi fəaliyyət göstərən müəssisə sonradan MiQ təyyarələri üçün mühərriklər istehsal etməyə başlayıb.
Artıq yanğın söndürülüb, xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Ağarza Elçinoğlu