Səudiyyə Ərəbistanının Ciddə şəhərində ordu ilə Sudan Çevik Reaksiya Qüvvələri (Xüsusi Qüvvələr) arasında ilkin razılaşma imzalanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, razılaşma mayın 11-də olub.
Tərəflərin imzaladığı "Ciddə Bəyannaməsi"nə əsasən, ordu və xüsusi təyinatlılar mülki əhaliyə zərər vurmamaq üçün bütün tədbirləri görməyə və zərurətdən asılı olaraq müntəzəm humanitar atəşkəslərə və sükut günlərini müşahidə etməyə söz verib.
Sənəddə deyilir: "Sudan ordusu və xüsusi təyinatlıları əhaliyə humanitar yardım göstərmək üzrə əməliyyatların aparılmasına kömək etmək, habelə insanların ölkədən çıxarılmasına mane olmamaq, Sudanın şəxsi və ictimai mülkiyyətinə hörmətlə yanaşmaq niyyətindədirlər. Tərəflər yeniyetmələri öz bölmələrinə cəlb etməkdən və uşaqları döyüş əməliyyatlarında istifadə etməkdən çəkinəcəklərini vəd ediblər".
Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.
Ağarza Elçinoğlu