"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqudan son aylarda cəbhə xəttində ən şiddətli döyüşlərin getdiyi Donbasa, Ukraynanın Baxmut şəhərinə gəlməyi xahiş edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
"Döyüş əməliyyatlarının aparılmasında çoxillik təcrübənizi nəzərə alaraq, Rusiya hərbi birləşmələrinin nəzarətində olan Baxmut qəsəbəsi ərazisinə gəlməyinizi və vəziyyəti şəxsən dəyərləndirməyinizi xahiş edirəm", - Priqojin bildirib.
Onun sözlərinə görə, Rusiya nizami ordusunun bölmələri Baxmut yaxınlığındakı mövqelərini döyüşsüz təslim edir.
Gülayə Mecid