11.05.2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Mehmanxana və restoran biznesi” kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə  Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr edilmiş “Turizm və otelçilik sahəsində dərslik və dərs vəsaitlərinin tərtib edilməsi zamanı termin və anlayışların izahının müzakirəsi” mövzusunda elmi-praktik seminar keçirilib. 

"Unikal" xəbər verir ki,  “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev Ümummilli lider Heydər Əliyevin turizm və qonaqpərvərlik sənayesinin inkişafı istiqamətindəki böyük rolundan, o cümlədən turizm və təhsil sahəsində aparılan islahatların əhəmiyyətindən detallı bəhs edib. Adıkeçən kafedranın dos. s.ü.f.d., Tural Salıfov və Vəfadar Rizvanlı “Servis fəaliyyəti”adlı dərs vəsaitinin işlənib hazırlandığını, fənninin tədrisi prosesində izahlı terminlərdən istifadənin əhəmiyyətini seminar iştirakçılarının diqqətinə çatdırıblar.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Turizm və otelçilik sahəsində dərslik və dərs vəsaitlərinin tərtib edilməsi zamanı termin və anlayışların izahının müzakirəsi”mövzusuna həsr olunan elmi-praktik seminarda ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru professor İranə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Kifayət Xudaverdiyeva, Bakı Dövlət Universiteti, Qərb Universiteti və Kooperasiya Universitetinin müəllimləri Turanə Quliyeva və Anar Məlikov, ATMU-nun “İqtisadiyyat” kafedrasının müdiri Səkinə Hacıyeva, Keyfiyyət təminatı şöbəsinin bölmə müdiri Alikper Rizayev, “Turizm biznesi” kafedrasının müəllimləri Samirə Əzizova, Narxanım Kamilova, ATMU-nun dissertantı Həmid Cahadi və “Mehmanxana və restoran biznesi” kafedrasının professor-müəllim heyəti iştirak ediblər.