Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı BMT Nizamnaməsinin maddəsinə uyğun olaraq həyata keçirilir.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sankt-Peterburqda Beynəlxalq Hüquq Forumunda deyib.
"Xüsusi hərbi əməliyyat BMT Nizamnaməsinin fərdi və kollektiv özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsi əsasında həyata keçirilir" - o qeyd edib.
Lavrov vurğulayıb ki, Qərb dövlətləri Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham etməyə çalışırlar, halbuki onlar özləri Yuqoslaviya, İraq və Liviyada müharibələri təşkil etməklə bu haqqı tapdalayıblar.
Gülayə Mecid