Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat konfransı keçirilib.
"Unikal" xəbər verir ki, Naxçıvan Şahmat Federasiyasının prezidenti, AŞF-nin vitse-prezidenti olan Naxçıvan Muxtar Respublikasının keçmiş Ali Məcslinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov da konfransda iştirak edib.
Konfransda Azərbaycan Şahmat Federasiyasının nizamnaməsinin bəzi bəndlərinə dəyişikliklər, İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması və yeni üzvlərin seçilməsi məsələlərinə baxılıb.