"ABŞ hakimiyyəti Türkiyədə ümumi seçkilərin dinc şəraitdə keçirildiyinə inanır. Kimin Türkiyə prezidenti olacağı hələ bəlli deyil, lakin Amerika lideri Co Bayden istənilən siyasətçi ilə əməkdaşlığa hazırdır".
"Unikal" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Türk xalqını sülh yolu ilə iradəsini ifadə etməsi münasibətilə təbrik edirik. Bayden seçkilərdə qalib gələn şəxslə işləməyi səbirsizliklə gözləyir. Yenə də, bu hələ aydın deyil” -Kirbi bildirib.
Ağ Ev nümayəndəsinin qeyd etdiyi kimi, Türkiyə rəhbərliyinin tərkibini bu dövlətin xalqı müəyyən etməlidir. O, həmçinin əlavə edib ki, ABŞ respublikadakı vəziyyətə nəzarət edəcək.