Çeçenistanın rəhbəri Ramzan Kadırov Çexiyada tövlədən oğurlanan atı üçün Ukrayna xüsusi xidmət orqanlarına təxminən bir milyon yarım rubl ödəyib.
"Unikal" xəbər verir ki, o, bu barədə öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, SBU əməkdaşlarının özləri vasitəçilər vasitəsilə ona müvafiq təkliflə müraciət ediblər. Belə ki, Aİ sanksiyaları çərçivəsində Kadırovun bütün əmlakı dondurulduğundan damazlıq ayğırı Çexiya ərazisindən çıxarmaq mümkün olmayıb.
Lakin Ramzan Kadırov bildirib ki, o, Zazu adlı damazlıq ayğırını vətənə gətirə bilib. Bu işdə ona Ukrayna xüsusi xidmət orqanları kömək edib.
"Onlar mənim ata bağlılığımı bildilər və mənə bu işdə kömək etdilər", - o,yazıb.
Həmçinin, Kadırov atına qovuşmaq üçün 18 min dollar xərcləyib.
"Əsl dəyərini və əla nəslini nəzərə alsaq, bunlar sadəcə qəpiklərdir! Odur ki, dostlar, əgər Avropadan nəsə gətirmək lazımdırsa, Ukrayna xüsusi xidmət orqanlarına müraciət edin. Tez, peşəkar, ucuz, sanksiyalardan yan keçin!” , - əlavə edib.
Gülayə Mecid