Fransa Senatı (parlamentin yuxarı palatası) Qolodomor hadisələrini ukraynalıların soyqırımı kimi tanınmasını dəstəkləyib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb .
"Fransa Senatı indicə 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdı. Mən ədaləti bərpa edən və milyonlarla qurbanın xatirəsini ehtiramla yad edən bu tarixi səsverməyə görə fransız senatorlarına minnətdaram", - Kuleba bildirib.
O qeyd edib ki, belə cinayətlər heç vaxt təkrarlanmamalı və heç vaxt unudulmamalıdır.