ABŞ prezidenti Co Bayden G7 sammiti üçün Yaponiyanın Xirosima şəhərinə səfəri zamanı 1945-ci ildə şəhərin bombalanmasına görə üzr istəməyəcək.
"Unikal" xəbər verir ki , bu barədə onun milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib .
"Prezident açıqlama verməyəcək, o, G7-nin digər liderləri ilə birgə tədbirlərdə iştirak edəcək", - Sallivan deyib.
Bundan əvvəl Bayden ABŞ-da federal borc üzrə potensial defolt ətrafında vəziyyətə baxmayaraq, Yaponiyada keçiriləcək G7 sammitində iştirak etmək niyyətində olduğunu bildirmişdi . O, mayın 19-21-də Yaponiyada keçiriləcək G7 sammitində və mayın 24- də Sidneydə keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu ( Avstraliya , Hindistan , ABŞ, Yaponiya) liderlərinin görüşündə iştirak edəcək .