UEFA Çempionlar Liqasının finalçıları müəyyənləşib.
"Unikal" xəbər verir ki, yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşıb.
"Etihad" stadionunda keçirilən qarşılaşma Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.
Polşalı FIFA referisi Şimon Marçinyakın idarə etdiyi oyunda Bernardu Silva dubl edib, digər qolları Manuel Akanci və Xulian Alvares vurublar.
İki oyunun nəticəsinə görə, “Mançester Siti” klubu UEFA Çempionlar Liqasının finalına yüksəlib.
Qeyd edək ki, turnirin finalında Mançester klubu İtaliyanın “İnter” komandası ilə qarşılaşacaq. Görüş iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.