Orxan Səfərov əvvəlki formasında deyil və hazırda inkişaf etmir. Onun yığmadan uzaqlaşdırılması məsələsinə gəldikdə, hər şey ola bilər. İdmançının motivasiyası yüksək olmalıdır. Lakin biz artıq bunu onda görmürük.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib.
Milli komandamızın üzvü Hidayət Heydərovun çox istedadlı idmançı olduğunu bildirən baş katib qeyd edib ki, o dünya çempionatında zədələnsə də, bunu nə bizə, nə də hakimlərə bildirməyib. Lakin çempionatın səhəri günü onun belində ikinci dərəcəli yırtıq olduğu müəyyən edilib. Bu səbəbdən cüdoçu bir müddət məşqlərə davam edə bilməyəcək.