Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles NATO-nun yeni baş katibi olmaq istəyir.
"Unikal" xəbər verir ki, o, Şimali Atlantika Alyansının yeni baş katibi olmaqdan şad olacağını bildirib . DPA xəbər verir .
“Beləliklə, NATO-nun baş katibi olmaq fantastik iş olardı və alyans bizim ümumi təhlükəsizliyimiz üçün son dərəcə vacibdir. Gecələr rahat yata bilməyiniz üçün üzərimə düşəni etməkdən məmnun olaram”, - Uolles bildirib.
O, indiki vəzifənin də onu qane etdiyini vurğulayıb.