Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi və elan olunmuş matəm müddəti Britaniya hökumətinə təxminən 162 milyon funt-sterlinqə (202 milyon dollar) başa gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Krallığın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatlara görə, dəfn mərasimi və əlaqədar tədbirlər üçün ən böyük məbləği Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ödəyib: 74 milyon funt-sterlinq (92 milyon dollar). Sonra Mədəniyyət, Kütləvi İnformasiya Vasitələri və İdman Nazirliyi gəlir - 57,4 milyon funt-sterlinq (71 milyon dollar).
Şotlandiya, Uels və Şimali İrlandiya hökumətləri də kraliçanın dəfn mərasimi üçün vəsait ayırıblar. Maliyyə Nazirliyi həmin ölkələrin xərclərinin tam ödənildiyini açıqlayıb.
Qeyd edək ki, II Elizabet 2022-ci il sentyabrın 8-də 97 yaşında vəfat edib. Onun ölümündən sonra Böyük 10 günlük milli matəm elan olunub.
Ağarza Elçinoğlu