Xəbər verdiyimiz kimi, Ermənistanın Ararat konyak brendinin Rusiyaya ixracı dayandırması haqqında KİV-də "rəsmi" məlumatlar dərc olunmuşdu.
"Unikal" xarici KİV-ə istinadən bildirir ki, İrəvan brendinin Rusiyaya ixracını dayandırması ilə bağlı mətbuatda yayılan fərziyyələrin reallığa uyğun olmadığı aşkar edilib. Bildirilib ki, Ermənistan sözügedən məlumatı qəsdən yayaraq Rusiyaya qarşı sanksiyalardan yayınmağa çalışb.
Mənbə qeyd edib ki, İrəvan bütün öhdəlikləri yerinə yetirərək müntəzəm olaraq tərəflərlə işləməyə davam edir: "Hazırda "Ararat"ın Rusiya Federasiyasındakı tərəfdaşı olan PR Rouss təşkilatı yaxın aylarda fəaliyyətini yekunlaşdıracaq. Bununla belə, İrəvan brendi öz məhsullarının hər yerdə fasiləsiz olmasını təmin edəcək".
Ağarza Elçinoğlu