Səudiyyə Ərəbistanı münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında vasitəçilik səylərini davam etdirməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının baş naziri və vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud Ciddə şəhərində Ərəb Liqasının sammitinin açılışında bildirib.
"Biz Ukraynadakı böhranın şiddətini azaltmağa kömək edən hər şeyi dəstəkləməkdən ibarət olan krallığın mövqeyini, həmçinin krallığın Rusiya Federasiyası və Ukrayna arasında vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyirik", -deyə şahzadə açıqlayıb.
Ağarza Elçinoğlu