Yaponiyanın Çindəki səfiri G7 sammitində Çinlə bağlı məsələlərə görə bu ölkənin xarici işlər nazirliyinə (XİN) çağırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Çinin XİN rəhbərinin müavini Sun Veidonq açıqlayıb. 

O, Yaponiyanın hərəkətlərinin Çinin suverenliyinə, təhlükəsizliyinə, eləcə də inkişaf maraqlarına zərər vurduğunu və Pekinin bu hərəkətlərdən qəti narazı olduğunu və buna qəti şəkildə etiraz etdiyini bildirib.

Qeyd edək ki, dünyanın aparıcı dövlətlərinin başçıları Yaponiyanın Xirosima şəhərində keçirilən görüşdə Şərqi Çin və Cənubi Çin dənizlərində artan gərginlikdən ciddi narahat olduqlarını, həmçinin Çində, o cümlədən Tibetdə və digər ölkələrdə insan haqlarının vəziyyətindən narahat olduqlarını qeyd ediblər. 

Ağarza Elçinoğlu