İrəvanda hökumət binası qarşısında 44 günlük müharibədə ölən əsgərlərin valideynləri oturaq aksiya keçirir.

"Unikal" xəbər verir ki, bu  barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

Etirazçılar hökumət binası yaxınlığında müddətsiz oturaq aksiya elan ediblər.

Xatırladaq ki, 44 günlük müharibədə ölən Jora Martirosyanın anası Qayane Akopyan bir ay müddətinə həbs edilib. Hazırda onun tərəfdarları əsgərin anasının dərhal azadlığa buraxılmasını tələb edərək etiraz aksiyası keçirirlər. Əsgər anası elan etdiyi aclıq aksiyasını dayandırıb və aksiya iştirakçılarına müraciət edib.