İtaliyanın “Napoli” futbol klubunun baş məşqçisi Luçano Spalletti vəzifəsindən uzaqlaşdırılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, komandanı 33 ildən sonra çempion edən baş məşqçi klubun prezidenti ilə yaşadığı insident səbəbindən komanda ilə yollarını ayırıb.

“Napoli” rəhbərliyi komandanı “Real Madrid” və “Liverpul”u çalışdıran Rafael Benitesə həvalə etmək istəyir.

Qeyd edək ki, Rafael Benites 2013-2015-ci illərdə "Napoli”nin baş məşqçisi olub.