Ukraynadakı müharibəyə görə, Qərbin sanksiyalarına məruz qalan Rusiya lideri Vladimir Putin Finlandiyada tikilən 3,2 milyard dollarlıq villasından imtina edib. 

"Unikal" xəbər verir  ki, bu barədə "Businnes Insider" nəşri məlumat yayıb.  

Belə ki, Finlandiyanın Saimaa gölünün sahilində yerləşən villanı Putinin yaxın dostu tərəfindən tikilib.  

Şərab anbarı, bilyard otağı, hovuzu, saunası və 8 ayrı hamamı olan üç mərtəbəli villanın tikintisinin Putinin Finlandiyada balıq tutmaqla maraqlanmadığı anlaşılandan sonra yarımçıq qaldığı bildirilib.

Villanı tikən şəxsin Putinin Leninqrad Dövlət Universitetindən olan yaxın dostu Viktor Kemarin olduğu iddia edilib. Qeyd olunub ki, Rusiyanın ən böyük hidroelektrik şirkətinin rəhbəri olan Kemarin villanı Rusiya lideri ilə daha çox vaxt keçirmək üçün tikdirib, tikinti və təhlükəsizlik üçün minlərlə dollar xərcləyib.

Rusiyadakı müxalifət mediası daha əvvəl Putinin Rusiya və Finlandiya da daxil olmaqla müxtəlif ölkələrdə dəbdəbəli iqamətgahları gizlətdiyini iddia etmişdi. Ötən həftə Putinin Qara dəniz sahilindəki dəbdəbəli iqamətgahına bağlı gizli bunkerin görüntüləri ortaya çıxmışdı.

Gülayə Mecid