Türkiyənin Bahçeşehir Universitetinin rektoru, professor Şirin Karadenizin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olublar.
"Unikal" xəbər verir ki, qonaqlar ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. ADNSU-nun professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə rektor, professor Mustafa Babanlı rəhbərlik etdiyi universitetin tarixi, keçdiyi inkişaf yolu və burada hazırda mövcud olan müasir təhsil və tədris sistemi haqqında ətraflı məlumat verib. Rektor, professor Mustafa Babanlı qonaqlara həmçinin, ADNSU-nun beynəlxalq əlaqələri, elmi nailiyyətləri haqqında da danışaraq diqqətə çatdırıb ki, dünyanın bir neçə nüfuzlu ali thsil müəssisəsi ilə, o cümldən qardaş ölkənin təhsil ocaqları ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur.
Qarşılıqlı səmimi ortamda keçən görüşdə Bahçeşehir Universiteti ilə əməkdaşlığın hər iki universitet üçün uğurlu nəticə verəcəyinə ümidvar olduğunu qeyd edən rektor, professor Mustafa Babanlı birlikdə icra olunacaq perspektiv layihələrdən danışıb, konkret hədəfləri iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycanın qocaman və öncül ali təhsil ocağı olan ADNSU-da olmaqdan məmnun olduğunu bildirən Bahçeşehir Universitetinin rektoru, professor Şirin Karadeniz bu universitetin tarixi, yetişdirdiyi ixtisaslı mühəndis kadrlar haqqında kifayət qədər məlumatlı olduğunu xatırladıb. Tədbirdə xanım rektor Bahçeşehir Universiteti haqqında ətraflı məlumat verib və qeyd edib ki, onun rəhbərlik etdiyi təhsil ocağı gənc olmasına baxmayaraq mühəndis profilli təhsil müəssisəsi kimi kifayət qədər uğuralara imza atıb. O, həmçinin digər mühəndis profilli qabaqcıl universitet olan ADNSU ilə əməkdaşlığın yüksək səmərə verəcəyinə əmin olduğunu bildirib.
Görüşdə həmçinin, ADNSU ilə Bahçeşehir Üniversitesi arasında bu və ya digər istiqamətdə əməkdaşlıq məsələləri, o cümlədən birgə elmi işlərin aparılması, tədris proqramlarının razılaşdırılması, tələbə və müəllimlərin mübadiləsinə dair müzakirələr aparılıb. Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə Memorandum imzalayıblar.
ADNSU ilə Bahçeşehir Universiteti arasında Memorandum imzalanıb - FOTO
22:23 23-05-2023
CƏMİYYƏT
Digər Xəbərlər
2025-02-10 11:28:00
![Beyləqan əhalisi keyfiyyətli içməli su ilə təmin olunur -FOTOLAR Beyləqan əhalisi keyfiyyətli içməli su ilə təmin olunur -FOTOLAR](/photos/unikal/1739172495.a280a264-0064-41da-b32b-78717c12d6f3.jpeg)
2025-02-10 11:26:13
!["Müxtəlif bələdiyyə sədrlərinə qarşı cinayət işləri başlanıb" -Nazir müavini "Müxtəlif bələdiyyə sədrlərinə qarşı cinayət işləri başlanıb" -Nazir müavini](/photos/unikal/1739172519.ACIQ-MENBE25.jpg)
2025-02-10 11:21:27
![Bələdiyyələrin 9720 ha torpaq sahəsini qanunsuz ayırdığıaşkarlanıb Bələdiyyələrin 9720 ha torpaq sahəsini qanunsuz ayırdığıaşkarlanıb](/photos/unikal/1739172365.torpaq_banco.az_1.jpg)
2025-02-10 11:06:44
![Bu bələdiyyələrə qarşı cinayət işi açılıb -SİYAHI Bu bələdiyyələrə qarşı cinayət işi açılıb -SİYAHI](/photos/unikal/1739171292.1608987759_1608985540467_qclyhwy.jpg)
2025-02-10 10:59:14
![77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətəcəlb edildi 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətəcəlb edildi](/photos/unikal/1739170934.person-4.jpg)
2025-02-10 10:54:57
![Əfv Komissiyasının iclasları başlayır Əfv Komissiyasının iclasları başlayır](/photos/unikal/1739170627.1599573034_prezident-aparati-.jpeg)
2025-02-10 10:52:30
!["Bakı Metropoliteni"nin sədri bu xanımı rəistəyin etdi - FOTO "Bakı Metropoliteni"nin sədri bu xanımı rəistəyin etdi - FOTO](/photos/unikal/1739170570.g6t05Ura6vX0Llv0ZLa9jBoFZH0HtxcNkcFUoamk.jpg)
2025-02-10 09:19:00
![D vitamini çatışmazlığı Alzheimerriskini artırır D vitamini çatışmazlığı Alzheimerriskini artırır](/photos/unikal/1739164775.d-vitamin.jpg)
2025-02-10 09:15:24
![Aeroport yolunda sürət həddi bərpa edildi Aeroport yolunda sürət həddi bərpa edildi](/photos/unikal/1739164560.TYZ3r6Unsm7XmmaCdW6n.jpg)
2025-02-10 08:59:13
![Bakı yeni həftəyə tıxacla başladı- SİYAHI Bakı yeni həftəyə tıxacla başladı- SİYAHI](/photos/unikal/1739163595.da45d5b5-76d8-354a-a197-fffa55fd3ca3_850.jpg)
2025-02-09 22:38:38
![Samuxda süni sututarda batan mühafizəçininFOTOLARI Samuxda süni sututarda batan mühafizəçininFOTOLARI](/photos/unikal/1739126861.WhatsApp Image 2025-02-09 at 22.47.11.jpeg)
2025-02-09 18:59:13
![Üç il sonra prezident olmaqistəyir Üç il sonra prezident olmaqistəyir](/photos/unikal/1739113498.default.jpg)
2025-02-09 18:13:40
![Çörəkdən siqaret kötüyü çıxması iddialarınaCAVAB Çörəkdən siqaret kötüyü çıxması iddialarınaCAVAB](/photos/unikal/1739110705_1739110348320.png)
2025-02-09 14:45:44
![Hakimliyə namizədlər üçün yazılı imtahanKEÇİRİLDİ Hakimliyə namizədlər üçün yazılı imtahanKEÇİRİLDİ](/photos/unikal/1739098022.17390978846101663431_1200x630.jpg)
2025-02-09 14:34:57
![Sahil Babayev karateçi olubmuş -FOTO Sahil Babayev karateçi olubmuş -FOTO](/photos/unikal/1739097508.sahil-karate.jpg)
2025-02-09 13:41:14
![Yollarda görünüş məsafəsiMƏHDUDLAŞACAQ Yollarda görünüş məsafəsiMƏHDUDLAŞACAQ](/photos/unikal/1739094180.172942839720639038596714fbadcd41a.jpg)
2025-02-09 12:31:12
![Sabah qar yağacaq,yollar buz bağlayacaq Sabah qar yağacaq,yollar buz bağlayacaq](/photos/unikal/1739090319.1739006309219221116_1200x630.jpg)