Səudiyyə Ərəbistanı Liqasının 28-ci həftəsində "Əl-Nassr" klubu "Əş-Şəbab"ı 3-2 hesabı ilə məğlub edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Əl-Nəsr"in dünyaca məşhur ulduz futbolçusu Kriştiano Ronaldo qol vurduqdan sonra səcdə edib.
Hadisə 38 yaşlı portuqaliyalı futbolçunun matçın 59-cu dəqiqəsində komandasını önə keçirən qolu vurduqdan sonra yaşanıb.
Qeyd edək ki, Ronaldonun ərəb klubunda vurduğu hər qol üçün rəsmi maaşdan əlavə 100 min dollar pul mükafatı aldığı deyilir.
Ağarza Elçinoğlu