Ötən il Bakıda bir sıra yaşayış binalarının sakinlərinin köçürülməsi üçün verilən birdəfəlik maddi yardımın məbləği açıqlanıb.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Qeyd edilib ki, Bakı şəhərində bir sıra yaşayış binalarının sakinlərinin köçürülməsi məqsədilə birdəfəlik maddi yardımın verilməsi üçün 16,0 milyon manat xərclənib.