"Hökumətin göstərdiyi bütün səylərə rəğmən, 2022-ci ildə inflyasiya yüksək olub".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
Ötən il ərzaq inflyasiyasının 20 faizə yaxın olduğunu qeyd edən komitə sədri bildirib ki, 2022-ci ildə əhalinin nominal gəlirləri təxminən 20 faizi keçib.
"Bu da inflyasiyanın orta illik göstəricisindən daha yuxarıdır", - deyə T.Mirkişili vurğulayıb.
Anar Kəlbiyev