Bu gün xidmətdə olarkən ildırım vurması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu verilə bilər.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib. 

Qeyd edək ki, bədbəxt hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verib.

Murad İbrahimli