Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərbi Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etmək cəhdində ittiham edib.
"Unikal" xəbər verir ki, bu barədə rus nazir Minskdə KTMT-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında deyib.
Onun sözlərinə görə, Qərb hər yolla öz varlığını artırmağa və Rusiya ordusunu nüfuzdan salmağa çalışır:n "İndi Dağlıq Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb hər cür şəkildə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır".
Onun fikrincə, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyətindədir: "Onların məqsədi uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etmək deyil. Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyası deyilən, hərbçilərin və kəşfiyyatçıların daxil olduğu missiyadır. Düşünürəm ki, onların əslində nə etdiklərini izah etməyə ehtiyac yoxdur".
Ağarza Elçinoğlu