Xəbər verdiyimiz kimi, musiqi dünyasının əfsanəvi adlarından olan Tina Törner İsveçrənin Sürix yaxınlığındakı evində 83 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, dünya şöhrətli ulduzun sonuncu müsahibəsi “The Guardian” qəzetində yenidən yayımlanb.
Belə ki, Törner son müsahibəsində “Rok-n-Roll kraliçası” kimi xatırlanmaq istədiyini dilə gətirib.
Müğənni yaşlanma ilə bağlı heç bir şeyin onu qorxutmadığını və təqaüdə çıxmağın sirrini xoş görmədiyini söyləyib. Törnerin arzusunu onun sözçüsü də təsdiqləyib.
""Rok-n-Roll Kraliçası" Tina Törner uzun sürən xəstəlikdən sonra 83 yaşında dinc şəkildə dünyasını dəyişdi və dünya bir musiqi əfsanəsini və rol modelini itirdi", -deyə KİV qeyd edib.