Tovuz rayonundan azyaşlını Xaçmaz rayonuna gətirən, onun hüquqlarını pozaraq cinayət əməlində təqsirləndirilən şəxs məhkəmə qərarı ilə həbs edilib.
Bu barədə “Unikal"a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Xaçmaz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham olunan 44 yaşlı Səfər Kavazov barəsində cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.