Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, 2019-cu il təvəllüdlü Rəhim Səfərov mayın 25-də ailə üzvlərinin yanında yaşadığı evin həyətində olan manqalın üstünə çıxıb tut dərmək istəyərkən manqalın onun üstünə aşması nəticəsində xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.
Faktla bağlı araşdırma aparılır.