Nikaraqua prezidenti Daniel Orteqa müxalifətin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün seçkiləri ləğv etmək qərarına gəlib. 

"Unikal" xəbər verir ki, o, bu qərarını Sandinista İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən mərasimdə açıqlayıb. 

"The Guardian" qəzetinin məlumatına görə, 80 yaşlı Orteqa 2007-ci ildən bəri lider vəzifəsini tutur. O, hakimiyyətin parlament və digər qurumlarla birlikdə qanunvericiliyi dəyişdirmək, ölkələrini satan sui-qəsdçilərə və xainlərə qarşı bir maneə yaratmaq niyyətində olduğunu açıqladı.

"Burada daha seçkilər olmayacaq ki, onlar hökuməti, hakimiyyəti ələ keçirməyə cəhd edə bilməsinlər", - deyə o qeyd edib. 

Səsvermənin 2027-ci ildə keçirilməsi planlaşdırılırdı. Orteqa seçki prosesinin tamamilə ləğv ediləcəyini, yoxsa sadəcə müxalifətin iştirakının qadağan ediləcəyini detallarla açıqlamayıb.

Rejim əvvəllər də oxşar tədbirlərdən istifadə edib. 2021-ci il seçki kampaniyası zamanı Nikaraqua hakimiyyəti siyasi partiyaları qadağan etmiş və bütün müxalifət prezidentliyə namizədləri həbsxanaya göndərmişdi.

Ağarza Elçinoğlu