Braziliya milli futbol komandasının və "Real Madrid"in hücumçusu Vinisius Junior çənə əməliyyatı keçirib.
"Unikal" xəbər verir ki, bu barədə "Portal Leo Dias" məlumat yayıb.
Məlumata görə, "Real Madrid"in ulduzu milli komandanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra Braziliyanın Qoyas şəhərindəki bir klinikada çənəsinin harmonizasiyası əməliyyatından keçib. Bu prosedurun çənəni gücləndirdiyi, həmçinin tez-tez üz konturlarını yaxşılaşdırmaq üçün istifadə edildiyi deyilir.
Braziliya Dünya Kubokunun 1/8 final mərhələsində Norveçə 2-1 hesabı ilə məğlub olub. Komanda 36 ildən sonra ilk dəfə olaraq Dünya Kubokunun 1/4 finalına yüksələ bilməyib.
Vinisius 2018-ci ildən bəri "Real Madrid"də oynayır. Hücumçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, Madrid komandasında mövsümdə 20 milyon avrodan çox qazanır.
Ağarza Elçinoğlu






.jpg)












.jpg)




.jpg)
























.jpeg)


