Argentinalı hücumçu Lionel Messi milli komandadan ayrılıb.

"Unikal" xəbər verir ki, Messi 2026-cı il Dünya Kuboku finalından əvvəl soyunma otağında emosional bir çıxış edib və komanda yoldaşlarına bunun Argentina milli komandasında son oyunu olacağını deyib.

2026-cı il FİFA Dünya Kubokunun final matçında Argentina millisi əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

Messi hazırda 39 yaşındadır və 2023-cü ildən bəri Şimali Amerikanın Böyük Futbol Liqasında (MLS) İnter Mayami komandasında oynayır. O, əvvəllər "Paris Sen-Jermen" və "Barselona" komandalarında oynayıb və onlarla birlikdə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu 2022-ci il FİFA Dünya Kuboku çempionu, 2014 və 2026-cı illər Dünya Kuboklarının gümüş medalçısı, 2008-ci il Olimpiya çempionu və ikiqat Amerika Kubokunun qalibi (2021 və 2024) olub. 

O, həmçinin səkkiz dəfə "Qızıl Top" mükafatı ilə rekordçudur.

Ağarza Elçinoğlu