Ötən həftə vəzifəsindən azad edilən Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov prezidentliyə namizədliyini irəli sürməyi düşünür. 

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb. 

Nəşr bildirib ki, "yüksək vəzifəli hərbi mənbə bildirib ki, Fedorovun davranışı bəzilərinin onun məqsəd qoyduğundan şübhələndiyi prezidentlik vəzifəsi uğrunda "seçkiqabağı kampaniya"ya bənzəyir".

Bir gün əvvəl "The Financial Times" qəzeti mənbələrə istinadən Ukrayna lideri Volodimir Zelenskinin Mixaylo Fedorova Milli Təhlükəsizlik və Müdafiə Şurasında vəzifə təklif etdiyini bildirmişdi. Qəzetin məlumatına görə, əgər o, bunu qəbul etsəydi, keçmiş nazir hərbi islahatlara nəzarət də daxil olmaqla geniş səlahiyyətlər alacaqdı. Lakin məqalədə iddia edilirdi ki, o, yalnız müdafiə naziri vəzifəsinə qayıtmağa hazır olduğunu iddia edərək imtina edib.

Fedorov bu ilin yanvar ayında müdafiə naziri təyin edilib, lakin 15 iyulda vəzifəsindən azad edilib.

Gülayə Mecid