“Titanik” filmində "Kel Hokli"ni canlandıran Billi Zeyn çəkilişlər zamanı baş vermiş məşhur zəhərlənmə hadisəsinin təfərrüatlarını açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, 1996-cı ildə naməlum şəxs çəkiliş heyəti üçün hazırlanan dəniz məhsullu şorbaya halüsinogen təsirə malik fensiklidin (PCP) qatıb. Nəticədə ən azı 50 nəfər, o cümlədən rejissor Ceyms Kemeron və aktyor Bill Pekston zəhərlənib.
Hadisədən sonra bir çox şəxs xəstəxanaya aparılıb. Kemeron qusma yaradaraq özünü yaxşılaşdırdığını, Pekston isə çəkiliş meydançasına qayıdıb pivə içdikdən sonra özünə gəldiyini bildirib.
Billi Zeyn qeyd edib ki, həmin axşam filmin müasir dövrü əks etdirən səhnələri çəkildiyi üçün o, hadisə zamanı meydançada olmayıb. Təxribatı kimin törətməsi ilə bağlı suala isə “Nə təsdiq, nə də təkzib edə bilərəm” cavabını verib.
















.jpg)




.jpg)
























.jpeg)




.jpeg)

