22 İyul – Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun ziyalıları, ictimai fəalları və müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolundan bəhs edərək milli mətbuat xalqımızın ictimai fikir tarixində mühüm rol oynamaqla yanaşı, cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və milli maraqların qorunmasına əhəmiyyətli xidmət göstərdiyini bildirib. 

Rayon rəhbəri çıxışında media nümayəndələrinin Goranboy rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklərin, həyata keçirilən abadlıq-quruculuq işlərinin, dövlət proqramlarından irəli gələn tədbirlərin və digər mühüm layihələrin operativ, obyektiv və peşəkar şəkildə ictimaiyyətə çatdırılmasındakı fəaliyyətini yüksək qiymətləndirərək jurnalistlər cəmiyyətlə dövlət arasında etibarlı informasiya körpüsü rolunu uğurla yerinə yetirərək ictimai rəyin formalaşmasına mühüm töhfə verdiyini qeyd etdi.

Tədbirdə çıxış edən media nümayəndələri onlara göstərilən diqqət və qayğıya, eləcə də rayon İcra Hakimiyyəti ilə formalaşmış səmərəli əməkdaşlıq mühitinə görə minnətdarlıqlarını ifadə ediblər.

22 iyul - Milli Mətbuat Günü münasibətilə və Goranboy rayonunun İctimai-siyasi həyatının işıqlandırılmasında səmərəli fəaliyyətlərinə görə bir qrup kütləvi informasiya vasitəsi nümayəndəsinə Goranboy Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub. 

Sonda xatirə şəkili çəkdirilib.