NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina Azərbaycana gəlib.
"Unikal" xəbər verir ki, o, Bakıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Görüşlər zamanı NATO-Azərbaycan əməkdaşlığı, NATO-nun enerji təhlükəsizliyindəki rolu və son danışıqlardan sonra sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib.