"Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi zamanı ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi istiqamətində Azərbaycanın ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim".
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində deyilir.
“Ukraynanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi ilə bağlı dəyişməz mövqeyini bir daha təsdiq edirəm”, - deyə Zelenski bildirib.