Gəncədə  ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə  Heydər Əliyev parkının yaxınlığında  qeydə alınıb. Hərəkətdə olan "Toyota Prado" ilə "Khazar" markalı minik  maşını toqquşub.

Qəza zamanı 1996-cı il təvəllüdlü Ələkbərov Yaşar Kəramət oğlu ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov