Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadənin seçiciləri ilə növbəti qəbulu keçirilib.
"Unikal" xəbər verir ki, deputat təmsil etdiyi dairədə yaşayan seçicilərini qəbul edib. Qəbulda M. Abbaszadə seçicilərini dinləyib, ünvanlanan sualları cavablandırıb.
Müraciət edən vətəndaşların problem və təkliflərini dinləyən Mahir Abbaszadə bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini qeyd edib.